20 may 2022 10:57
321

FHN: Ötən sutka 39 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"İki sahil" FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib. Həmçinin, Mingəçevir şəhərində 1954-cü il təvəllüdlü Muradova Həqiqət Kamal qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.