20 may 2022 10:51
333

“Qəbələ” əcnəbi futbolçusu ilə yeni müqavilə bağlayıb

“Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziqin taleyinə aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə  “qırmızı qaralar”ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

Çalışdırıcı braziliyalı hücumameylli futbolçunun növbəti mövsüm də komandada qalacağını bildirib. Baxşıyev 26 yaşlı oyunçu ilə danışığı yekunlaşdırdıqlarını, Utziqin yeni 1 illik müqavilə bağladığını söyləyib.

Qeyd edək ki, “Qəbələ” bir müddət əvvəl braziliyalı müdafiəçi Ruan Renato ilə yeni sözləşmə imzalayıb.