20 may 2022 10:16
325

Kiyev Rusiyanın müharibə itkilərini, Britaniya kəşfiyyatı isə “Azovstal”dakı son durumu açıqlayıb

“Rusiya Silahlı Qüvvələri Severodonetsk istiqamətində hücum edib, uğur qazanmayıb, itki verərək geri çəkilməyə məcbur olub”.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Məlumata görə, Rusiya hərbçiləri Ukraynanın Aleksandropol, Novomixailovka, Aleksandrovka, Vesele hücum keçib, ancaq itki verərək geri çəkiliblər.

Bildirilib ki, Qara və Azov dənizlərində qarşı tərəfin dəniz qüvvələri mülki gəmilərin qarşısını almaqda davam edir. Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətlərində düşmənin 14 hücumunun qarşısı alınıb, 8 tankı, 14 zirehli döyüş maşını və 6 bölmə texnikası məhv edilib. Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri Rusiyanın bir “Orlan-10” PUA-sını vurub.

Böyük Britaniya Müdafiə Nazirliyi isə kəşfiyyat məlumatlarına əsaslanaraq “Azovstal”dakı son durumu açıqlayıb. Bildirilib ki, “Mariupol “Azovstal” polad zavodundan 1 700-ə yaxın ukraynalı əsgər təslim olmuş ola bilər. Zavodun Ukrayna qüvvələrinin sayı naməlum olaraq qalmaqdadır”.

“Rusiya Mariupolu tam ələ keçirdikdən sonra, çox güman ki, Donbasdakı əməliyyatları gücləndirmək üçün qüvvələrini köçürəcək.

Müharibə başlayandan bəri Mariupolda Ukraynanın qatı müqaviməti bölgədəki Rusiya qüvvələrinin effektiv şəkildə yerləşdirilməmişdən öncə yenidən təchiz edilməli və bərpa edilməli olduğunu nümayiş etdirib. Bu, hərtərəfli aparılarsa, uzun bir proses ola bilər.

Bununla belə, Rusiya komandirləri əməliyyat məqsədlərinə əyani şəkildə nail olmaq üçün təzyiq altındadır. Bu o deməkdir ki, Rusiya, yəqin ki, adekvat hazırlıq olmadan öz qüvvələrini sürətlə yenidən bölüşdürəcək və bu, qüvvələrin taqətdən düşməsinə şərait yaradacaq”, - kəşfiyyatdan bildirilib.