20 may 2022 09:58
332

Yaponiya ABŞ ilə hərbi əməkdaşlığı gücləndirir

Mayın 20-də ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ronald Reagan” aviadaşıyıcı gəmisi Yokosuka bazasını tərk edərək ətraf akvatoriyada növbə çəkməyə çıxıb.

"İki sahil" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda ABŞ-ın “Abraham Lincoln” atom aviadayıcı gəmisinin mayın 21-də Yokosuka bazasına daxil olacağı da bildirilir. Görünən odur ki, Yaponiya KXDR ətrafında vəziyyət və Çinin regionda artan fəallığı fonunda ABŞ ilə hərbi əməkdaşlığı gücləndirir.

Xatırladaq ki, ötən ay ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu “Abraham Lincoln” aviadaşıyıcı gəmisi və Yaponiyanın özünümüdafiə qüvvələri ilə birlikdə Şərqi-Çin və Yapon dənizlərində 10 gün ərzində böyük miqyasda hərbi təlimlər keçirib.