20 may 2022 08:46
310

Kolumbiya Prezidenti bu gün Türkiyəyə səfər edəcək

Kolumbiya Prezidenti İvan Duke Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər mayın 22-dək davam edəcək. Görüşlərdə Türkiyə ilə Kolumbiya arasındakı əlaqələr nəzərdən keçiriləcək, əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Eyni zamanda səfər çərçivəsində ikitərəfli əlaqələrlə bağlı müqavilələrin imzalanması da gündəmdə olacaq.

Kolumbiya və Türkiyə rəsmiləri arasında görüşlər zamanı aktual regional və beynəlxalq problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.