19 may 2022 20:10
348

Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

“İki sahil” xəbər verir ki,  "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.