19 may 2022 15:03
428

“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

SOCAR-ın “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 20 may saat 11:00-da başlayacaq.

“İki sahil” xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.