19 may 2022 21:38
388

Şəmkir Tarix Diyarşünaslıq muzeyi ilə tanışlıq

Şəmkir Tarix Diyarşünaslıq muzeyində "18 May Beynəlxalq Muzeylər günü"nə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru Cavanşir Pirverdiyev açaraq muzeyin uğurlu fəaliyyətindən, danışdı.  

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bu əlamətdar günün yaranma  tarixindən danışdı və muzey işçilərini təbrik edərək, onlara öz fəaliyyətlərində uğurlar arzuladı.

Sonra Şəmkir Regional Mədəniyyət İdarəsininçıxış rəisi Azər Rəcəbov çıxış edərək muzey işinin necə şərəfli bir peşə olduğunu, bu günün cəmiyyətin həyatında əhəmiyyətini vurğuladı və kollektivə yeni-yeni uğurlar dilədiyini bildirdi.

Daha sonra tədbirin bədii hissəsinə strat verilib.

Tədbir çərçivəsində Şəmkir Tarix Diyarşünaslıq muzeyinin kollektivi qonaqları muzeyin fəaliyyəti ilə də yaxından tanış ediblər.