18 may 2022 13:36
524

Şuşada 20-25 min insanın məskunlaşması planlaşdırılır

Şuşa şəhərində indiyədək 7 tarixi abidə bərpa olunub.

Bunu “İki sahil”ə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, Şuşanın yeni Baş planı hazırlanıb, şəhərdə 20-25 min insanın məskunlaşması nəzərdə tutulur.

Aydın Kərimov qeyd edib ki, insanların məskunlaşması üçün 24 binanın tikintisi nəzərdə tutulur.