14 may 2022 10:33
258

İranda kütləvi etiraz aksiyaları keçirilir

İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Məlumata görə, etirazların keçirilməsinə səbəb ölkədə ərzaq məhsullarının qiymətinin artırılması və bəzi qida məhsullarının çatışmazlığı olub. 

Aksiyalar əsas olaraq Loristan əyalətinin Burucard və Durud şəhərlərində, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan şəhərlərində, Kohquluye və Boyer-Əhməd əyalətlərində keçirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən polisin aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etdiyini, aksiyanı dağıtmaq üçün atəş açdığını görmək mümkün olub. 

İran mediasının məlumatına görə, ötən gecə aksiyalarda 22 nəfər saxlanılıb. Bildirilir ki, aksiya keçirilən şəhərlərdə internet məhdudlaşdırılıb.