14 may 2022 09:12
267

Zelenski Davosda çıxış edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış etmək üçün dəvət olunub.

"İki sahil" xəbər verir ki, Zelenski mayın 23-də başlayacaq tədbirin ilk günündə videobağlantı vasitəsilə çıxış edəcək.

Forumda Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov və Kiyev meri Vitali Kliçko da iştirak edəcək.