13 may 2022 23:47
380

Bu məhşurun evini 58 milyona aldılar - FOTOLAR

"Rocky" və "Rambo" ləqəbli ulduz Silvestr Stalonni Beverli Hillsdəki lüks malikanəsini satıb.

“İki sahil” xəbər verir ki, mülk müğənni Adel tərəfindən satın alınıb. O, ötən gün evin açarları ilə foto paylaşaraq məlumatı təsdiqləyib. Onun villa qarşılığında Stalonniyə 58 milyon dollar ödədiyi ortaya çıxıb. 

Lüks malikanənin ümumi sahəsi 18 min 587 kvadratmetrdir. Amerikalı memar Riçard Landri tərəfindən layihələndirilən evdə 8 yataq və 12 vanna otağı var. 1994-cü ildə tikilmiş villa əvvəllər aktrisa Lisa Vanderpump və musiqiçi Rod Stüartın yaşadığı məhəllədə 3,5 hektar ərazidə yerləşir.

Həmçinin, burada sauna, buxar otağı, terraslı ofis, mətbəx, kinoteatr, idman zalı, 8 avtomobillik qaraj, spa, hovuz və iki mərtəbəli qonaq evi var.

Qeyd edək ki, Stalonni 90-cı illərdə aldığı bu mülkü ilk olaraq 110 milyon dollara satmaq istəsə də alıcı tapa bilməyib.