KÖŞƏ

Vəli İlyasov

Marığa yatmış tülkü

14 may 2022 01:33
342

Dörd nəfərə bir daraq patron boşaldan general Samvel Karapetyanı Ermənistanda belə tanıyırlar

Bir neçə gün əvvəl Xankəndidə baş verən atışmadan sonra separatçı süpürüntülərin generalı Samvel Karapetyan həbs olunub. Verilən məlumata görə, Karapetyan ciddi səbəb olmadan dörd nəfərə bir daraq patron boşaldıb. Kimdir bu altmış yaşlı başıpozuq Karapetyan?

Samvel Karapetyan 1962-ci ildə Xankəndidə anadan olub. O, 1980-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. Mənfur “miatsum” hərəkatının tərəfdaşlarından biri olan Karapetyanın başçılıq etdiyi yaraqlı dəstə 1988-ci ildə Ağdamdan mitinq keçirmək, erməniləri sərsəm ideyalardan əl çəkməyə çağırmaq üçün Xankəndiyə doğru irəliləyən azərbaycanlıların qarşısını Əsgəran yaxınlığında kəsərək iğtişaş yaradıb. Bu idbar erməni 1992–1994-cü illərdə Xankəndi motoatıcı alayına komandirlik edib. Onun quldur dəstəsi Qarabağda 18-ə yaxın kəndi işğal edərək yandırıb. Cəllad hərbçi Araz çayından Murov dağ silsiləsinə qədər olan ərazidə gedən döyüşlərdə iştirak edərək dinc azərbaycanlıların qanını axıdıb, özü isə dəfələrlə yaralanıb.

 Bu günədək üç dəfə soyadını dəyişən Samvel Karapetyanın 1988-ci ildən etibarən soydaşlarımıza qarşı təxribat və terror aktlarının hazırlanmasında iştirakını, Ermənistanda 2008-ci ildəki prezident seçkiləri zamanı xüsusi qruplar yaratmasını və onları Prezident Administrasiyası binasının zirzəməsində yerləşdirərək, mülki əhaliyə atəş açdırmasını hamımız yaxşı xatırlayırıq. Bu generalın dayısının Rusiyada Rudolf Oqanov adlı kriminal avtoritet olduğu da hər kəsə məlumdur. Samvel Karapetyanın bütün keçmişi qaranlıq səhifələrdən ibarətdir.

Xatırladaq ki,  Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı aktlarında fəal iştirak edən Karapetyan keçmiş “Qarabağ klanı”nın Xankəndidəki əsas şəxslərindəndir və bir müddət qondarma “dqr”nın qondarma “nazir müavini” də olub. 
İndi Azərbaycan-Ermənistan sülh sazişi üzrə razılaşmaların əldə olunduğu və prosesin praktiki mərhələdə icrası istiqamətində işlərin getdiyi bir vaxtda
generalın Xankəndinin mərkəzində atəş açması təsadüfi hadisə deyil. Bu, İrəvanda “Qarabağ etirazları” ilə Paşinyanın devrilməsi ssenarisinin tərkib hissəsidir və görünən budur ki, “Qarabağ klanı” 1988-ci il ssenarisini təkrarlamaq niyyətindədir. Axı ermənilər belə “işlər”in mahir ustalarıdır. Yayılan məlumatlara görə, Samvel Karapetyan şefi Robert Koçaryanın ssenarisini yerinə yetirən “cur”larından biridir və cinayət əməllərini də onun diktəsi ilə həyata keçirir. Bədnam “Qarabağ klanı”nın  digər üzvü Serjik Sarkisyan da ona dəstək verənlərdən biridir. Onlar həmişə marığa yatmış tülkü kimi qəfil hücum etmək üçün özlərinə münasib fürsət axtarıblar.

Yada salaq ki, 1988-ci ildə erməni separatçıları Qarabağda silahlı toqquşmalar və terror aktları törətməklə qarışıqlıq yaratdılar. Separatizmin körüklənməsi nəticəsində o zamankı DQMV-nin birinci katibi Boris Gevorkovu devirən erməni terrorçular qondarma qurum yaradaraq, “hakimiyyətə” yiyələndilər. Həmin klanın başçıları Qarabağ münaqişəsinin sülh tolu ilə həll edilməsinə razılıq verən prezident Levon Ter-Petrosyanı da devirərək 1998-ci ildə Ermənistanda hakimiyyətə gəldilər. Həm Xankəndidəki separatçı rejimə, həm də İrəvanda hakimiyyətə rəhbərlik edən “Qarabağ klanı” bu münaqişədən iqtidarda qalmaq üçün lazımınca istifadə etdi.

2008-ci ildə İrəvanda silahla yatırılan mitinqdə mülki əhaliyə atəş açan Samvel Karapetyanın bu günlərdə Xankəndidə açdığı atəş də qarışıqlıq yaradılması, Qarabağdakı separatçı-terrorçu rejimin ələ keçirilməsi və 1998-ci ildə gerçəkləşən ssenari üzrə İrəvana hücuma keçərək, hakimiyyətin ələ keçirilməsi kimi çirkin məqsədə xidmət edir. Bəs dörd nəfərə bir daraq patron boşaldan generalın niyyəti nədir?
Brüssel görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan elan etdi ki, beynəlxalq ictimaiyyət İrəvandan Qarabağın “statusu” iddiasını arxa plana keçirməyi tələb edir və bundan sonra onlar üçün əsas məsələ Qarabağdakı erməni əhalisinin “təhlükəsizliyi və hüquqlarının təmin edilməsi” olacaq. Beləliklə, Paşinyan “status”dan imtina etdiklərinin anonsunu verdi. Bu, o deməkdir ki, uzun illər Qarabağ kartı ilə oynayanların sonu çatıb. Bu kartla oynayanlardan biri də general Karapetyan idi və günlərin birində müharibə canisi kimi cavab verməli olacağını yaxşı bilir. Ona görə də aranı qatmaq, diqqəti öz üzərindən yayındırmaq üçün hər hoqqadan çıxır.

Paşinyanın verdiyi anonsdan bərk qəzəblənən və hakimiyyət ehtirası ilə alışıb yanan “Qarabağ klanı”nın  cinayətkar tör-töküntüləri aprelin 17-dən etibarən İrəvan küçələrində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalara başladılar. Lakin göründüyü kimi, aksiyalar heç bir ciddi nəticə vermir, çünki etirazçılara ictimai dəstək yoxdur. Beş-altı minlik etirazçı başıpozuğun səsi iki milyon yarımın içərisində itib-batır. Nəticəsiz aksiya fonunda Xankəndidə 1988-ci illərin ssenarisinin təkrarlanması planı “Qarabağ klanı”nın separatçı rejimi yenidən ələ keçirməyə və 1998-ci ildə olduğu kimi İrəvanda hakimiyyətə Qarabağdan gəlməyə hesablanıb. 2008-ci ildə İrəvanda silahla yatırılan mitinqdə mülki əhaliyə atəş açılmasına əmr verən Samvel Karapetyanın Xankəndidə açdığı atəşin hədəfi də budur. Lakin aydın görünür ki, bu dəfə zəhməti hədər gedəcək. Generalın cəhdləri qu quşunun sonuncu hərəkətinə oxşayır, yəni qu quşu sonuncu dəfə özü öz boynunu sındırmaqla intihar edir. Beləliklə, Ermənistan cəmiyyəti insan qanı içən cəlladlardan təmizlənməkdədir. Erməni toplumunun boğazına ilan kimi sarılan cinayətkarlar sıradan çıxdıqca nəfəslik genişlənir, sular durulur, təhlükəsizliyə və rifaha, sülh sazişinə gedən yollar açılır.

Artıq general Samvel Karapetyanın sağ qulağı alçaq babası, general Andronik Ozanyanın sağ qulağına çox oxşamağa başlayıb. Karapetyanın yolunu isə Azərbaycanın ədalət məhkəməsi gözləyir…

Vəli İlyasov
Çevrilmə...
Yaqut Ağaşahqızı
Üçüncü raund!
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?