13 may 2022 18:05
420

Özlərini nağıl personajlarına bənzədən insanlar - FOTO

Elə insanlar var ki, televiziyada gördükləri və ya   nağıl  kitablarında oxuduqları qəhrəmanların  görünüşlərinə malik olmaq üçün bıçağın altına girməyə qərar verirlər. Bu qeyri-adi insanlar haqqında topladığımız məlumatları təqdim edirik.

Braziliyalı bədheybet

41 yaşlı Riko Ledesma  özünü  sevdiyi "Üzüklərin Əfəndisi"   filminin personajı olan bədheybətə oxşadıb.  Onun dediklərinə görə, bu prosess ondan illərini alıb.  Özünü eybəcər məxluqa çevirən bu kişi bədənində və üzündə etdiyi bu dəyişikliklərə  külli miqdarda pul xərcləməkdədir. 25 yaşındakı həyat yoldaşı Krişna və balaca qızı ilə yaşayan Riko   son bir ili yemək yeməkdə çətinlik çəkdiyini etiraf edib. Onun 550 dollarlıq saxta dişləri  yaşam tərzini dəyişsə də, Riko sevdiyi bu obrazdan imtina edə bilmir. Qeyd edək ki, qorxunc döymələr Rikonun bədəninin yüzdə 85-ni əhatə edir.

Bu qeyri-adi insanın təqribən 35.000 "İnstagram" izləyicisi var. O, burada müntəzəm olaraq bənzərsiz görünüşünü və gündəlik həyatı ilə bağlı olan şəkillərini paylaşır.

Rikonun dediklərinə görə, o, 7 il əvvəl fərqli görünmək üçün dəyişməyə başladı. Onun yaratdığı bu obraz ailəsi və dostları tərəfindən çox sevildi. Qeyd edək ki, braziliyalı bedheybətin obrazı "Ağbəniz" və "Çağırılmamış qonaq" filminin prodüsserini çox maraqlandırıb. Tanınmış prodüsser Rikonu filmdə belə çəkilməyə dəvət edib. Həmin filmin çəkilişləri oktyabr ayında Barselona və Kanar adalarında baş tutacaq.

Hindistanlı Rapunzel

17 yaşlı Hindistan vətəndaşı Nilanşi Patel ən uzunsaçlı yeniyetmə kimi "Ginnesin Rekordlar Kitab"ına daxil olub.Gənc gözəl Hindistanın Gujarat şəhərində anadan olub və 6 yaşından bəri qıvrım olan saçlarını heç kəsməyib. Dəqiqliyi ilə desək, Nilanşinin rekordu 2018-ci ilin noyabrında qeydə alınıb. Onun saçlarının uzunluğu 190 santimetr təşkil edir.

Hindistanlı “Rapunzelə” bununla bağlı sertifikat təqdim ediblər.

Qızın dediyinə görə, saçını daramaq hər dəfə onun bir saatını alır. Nilanşi saçlarını həftədə bir dəfə yuyur.

Komikslərə bənzəyən qadın

30 yaşlı britaniyalı model Kelli uşaqlıq illərindən "Marvel" komikslərinə oxşamaq istəyib. Arzusunu reallaşdırmaq üçün o, 20 il ərzində taxdığı korseti çıxarmayıb. Cəmi 7 ildən sonra onun belində gözə çarpacaq dərəcədə incəlmələr gedib. Belinin ölçüsü 40-80 santimetrə qədər incəlib. Sağlamlığına ziyan olsa da, arzusunu reallaşdıran qadın bir fenomenə çevrilib.

Barbi kuklasının bənzəri

21 yaşlı bolqarıstanlı tələbə Andrea İvanova Barbi kuklasına bənzəmək üçün  üz və bədəninin ayrı-ayrı hissələrində 15-dən çox prosedur həyata keçirib. Andreanın sözlərinə görə, o, uşaqlıqda Barbi kuklası kimi görünmək arzusunda olub.

Onun dəyişimi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Andreanı "Daffi Dak" animasiya personajına bənzədib.  “Bu eybəcərləri yaradan həkimlər həbs olunmalıdır”,  “Sən əvvəl elə gözəl qız idin. İndi şişirdilmiş kuklaya bənzəyirsən”, - kimi rəylər sosyal mediada yer alıb.

Andrea isə seçimindən razıdır və hesab edir ki, insanlar istədikləri kimi görünə bilər.

Super qəhrəman

Piksi  Fox adlı bir qadın super qəhrəman Wonder Woman kimi görünməsini çox istəyirdi. Buna görə də komik kitab personajının görünüşünü almaq üçün saysız-hesabsız əməliyyatlar etdirdi. Dörd döş böyütməsi, iki dəfə liposaksiya, iki blefaroplastika, labiaplastika, göz rəngini dəyişdirən implantlar, qaş qaldırmaq,  altı qabırğanı çıxarmaq da daxil olmaqla bir neçə ağrılı əməliyyat keçirən qadın hətta 2017-ci ildə çənəsini qırdıraraq  yenidən düzlməsini istədi. O, bir gün özünün komik kitab seriyasında rol alacağını ümid edir.

Özünü Kenə bənzədən oğlan

Rodriqo Alves adlı oğlan özünü  Ken kuklasına bənzədir. Buna görə o,  çənə liposaksiyası, bədən şəkilləndirməsi və  sinə əməliyyatına  qədər etdirib. Bütun bunlara Rodriqo 200 min dollara qədər pul xərcləyib. Qeyd edək ki, 2014-ci ildə  qollarına vurulmuş gel onun bədəninin zəhərlənməsinə səbəb oldu . Az qala qolunu itirmək təhlükəsini yaşayan Rodriqo bir neçə müddət müalicə almaq məcburiyyətində qaldı. Lakin  bu bədbəxt hadisədə onun daha çox əməliyyat etməsinə mane olmadı.

Qırmızı kəllə

“Qırmızı Kəllə” kimi tanınan Henri Damon 29 yanvar 2015-ci ildə Karakasda “Expo Tatoo Venezuela” tədbirindən sonra  bütün dünyada məşhur oldu.

Sən demə bu qeyri-adi görünüşə malik olan  Henri Damon özünü  Amerikanın düşməni, olan Red Skull adlı caniyə  bənzətmək üçün  bir neçə əməliyyatlar keçirib.

Venesuela vətəndaşı alnına dermal implantlar qoyub, gözlərini qara çuxur kimi göstərmək üçün  içinə döymə etdirib  və ən əsası iki şaquli burun deşiyinə sahib olmaq üçün   burnunun alt hissəsini kəsdirib. Alnına və üzünə qızmızı rəngdə döymələr vurduran Henri Damon  “Qırmızı kəllə” ləqəbi ilə tatınmaqdadır.

Anime qız

Sinqapurlu bir qadın Yapon cizgi filmlərindəki anime qızlarının görünüşünü o qədər çox sevirdi ki,  bunun üçün 10 əməliyyat keçirdi. Jacquelin Koh bu əməliyyatlara təxminən 135 min dollar xərcləyib.  Daha kiçik çənə,  balaca  qulaqlar,  böyük gözlərə və incə bədənə  sahib olmaq üçün  dərinin çəkilməsi ilə bərabər , döş implantları, göz qapaqları əməliyyatı, bir neçə burun əməliyyatı etdirib. Hal-hazırda botoks və digər dolğular vasitəsi ilə  görünüşünü davamlı olaraq formada saxlayan Jacquelin “ Anime qız” kimi dünyada tanınmaqdadır.

Elfə bənzəyən oğlan

Luis Padron  adlı oğlan özünə qurduğu xəyali dünyada yaşamaqdadır. Özünü elfə bənzədən bu oğlan bir çox əməliyyatlar etdirib. Bu əməliyyatlara o, 35 min dollar xərcləyib.. Onun etdiyi dəyişimlər arasında  burun, qulaq  əməliyyatı,  bədən liposaksiyası  göz rəngini dəyişdirmək üçün prosedurlar da daxildir. Saçını və dərisini ağardan Luis  görünüşünü qoruyub saxlamaq üçün ayda minlərlə dollar xərcləyir.

Samirə Tağıyeva, “İki sahil”