19 mart 2019 14:34
192

Zlatko Daliç Xorvatiya yığmasının baş məşqçisi postunu tərk edə bilər

Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç postunu tərk edə bilər.

“Report” “Jutarnji List”ə istinadən xəbər verir ki, Çinin “Dalyan İfan” klubu 53 yaşlı mütəxəssisə cəlbedici təklif göndərib. Asiyalılar Z.Daliçə 3 illik müqavilə irəli sürüblər. O, dəvəti qəbul edəcəyi təqdirdə hər mövsüm üçün 10 milyon avro maaş alacaq.

Xorvatiya Futbol İttifaqı ilə 2020-ci ilin sonun qədər müqaviləsi olan Z.Daliçinin illik maaşı 1 milyon avro təşkil edir. Xorvatiya yığması onun rəhbərliyi altında DÇ-2018-də 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-də səfərdə Xorvatiya yığmasına qarşı keçirəcək.