22 oktyabr 2019 14:14
138

Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında məlumat verib.

O, həmçinin qeyd edib ki, tədbirin işıqlandırılması üçün 246 yerli və xarici jurnalist akkreditasiyadan keçib.