KÖŞƏ

Qvami Məhəbbətoğlu

Zəmanəmizin manqurtu

04 mart 2019 10:50
624

Özünü hüquq müdafiəçisi kimi qələmə verən Vidadi İsgəndərli öz çirkin əməllərini ört-basdır etmək məqsədilə Avropaya - Fransaya qaçaraq “siyasi mühacir” adı altında bu ölkəyə sığındı. Sığınan kimi də bütün etik normaları aşmaqla və bununla da əxlaq səviyyəsinin aşağı olduğunu bir daha nümayiş etdirməklə ölkəmizə, eləcə də nüfuzlu ictimai-siyasi şəxslərə qarşı təhqirlər, hədyanlar yağdırmağa başladı. Bununla da anormal düşüncəyə sahib olan Vidadi İsgəndərli sosial şəbəkələrdə səsləndirdiyi fikirlərlə, söyüş və təhqir dolu videolarla havadarlarının daha çox “rəğbətini” qazandı. Onun öz ölkəsinə qarşı olan nifrətinin, düşmənçiliyinin artmasında getdikcə artırılan qrantlar da önəmli rol oynadı. Bu da ondan xəbər verir ki, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edən Vidadi İsgəndərli və onun kimiləri üçün milli heysiyyat, Vətən, xalq məfhumu havadarlarından aldığı qrantlarla müqayisədə çox dəyərsizdir. Şübhəsiz, belə xəyanət yolunu tutanlar ermənilər, ya da Avropadakı erməni təşkilatları ilə birbaşa bağlı olanlardır. Yeri gəlmişkən, qeyd edək ki, II Dünya müharibəsi dövründə faşistlər müxtəlif millətlərdən olan satqınları ətraflarına yığaraq onlardan müxtəlif şəkildə istifadə edirdilər. Bu gün isə ermənilər öz sələflərinin əməllərindən daha  səmərəli şəkildə faydalanmaqdadırlar. 

Satqınlığı, gizli təşkilatlarla əməkdaşlığı sübut olunan, yalan, böhtan söyləməklə rekordları qıran Vidadi İsgəndərli kimi Vətən xaininin  torpağına, elinə, obasına qənim kəsilməsi bunlarla bitmir. O, atdığı “addımlar”ın siyasi rəngini get-gedə tündləşdirir. Vicdanını yadellilərə satan Vidadi İsgəndərli bu günlərdə terrorçulara xas olan fikirlər səsləndirməklə özünün də terrorist niyyətini ortaya qoyub. Belə ki, bu vətən xaini deyib: “Azərbaycan Prezidenti Qarabağda müharibə elan etsə, həmin silahı ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcəyəm”.

Bəribaşdan qeyd edək ki, belə bir xainin, simasızın “Azərbaycan Prezidenti” ifadəsini yad tikələrdən murdarlanmış ağzına alıb, çirkləndirməyə əsla haqqı yoxdur. İkincisi, Ermənistana və ermənipərəst dairələrə xidmət edən Vidadi İsgəndərlinin belə bir fikir söyləməsi onun erməni xislətindən irəli gəlir. Bu mənada bütün gününü Azərbaycan əleyhinə təbliğat aparan ermənipərəst dairələrlə keçirən bir kəsin, yəni Vidadi İsgəndərlinin belə “düşünməsi” heç də təəccüblü deyil. Amma Vidadi İsgəndərli unutmasın ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyədə danışıqlar gedir. Əgər danışıqlar heç bir nəticə verməsə, o zaman Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq öz torpaqlarını daşnaklardan azad edəcək. Artıq Azərbaycan Ordusu  buna hazır vəziyyətdədir və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini gözləyir. O zaman sən Vidadi İsgəndərli isə silahdan ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcəksən, eləmi? Amma unutma ki, Azərbaycan hakimiyyəti xalqa məxsusdur. Bu gün hakimiyyətlə xalq yekdildir. Bu isə o deməkdir ki, sən vətən xaini kimi öz  xalqına ermənilərdən betər qənim kəsilmisən, hətta onun qanına susamısan. Səni isə bu rəzalətlərinə görə indiki və gələcək nəsillər nifrətlə yad edəcəklər. Üstəlik,  xalqımız, dövlətimiz, ölkəmizin başçısına qarşı belə mövqe nümayiş etdirdiyinə görə qanun qarşısında cavab verməli olacaqsan.

Şübhəsiz, xaricdəki ermənipərəst dairələrin, eləcə də kəşfiyyat orqanlarının əlində alət kimi istifadə olunan Vidadi İsgəndərlini terrorçu kimi danışdıran, terrorçuluğa sövq edən, öz xalqına qarşı qaldıran aldığı və alacağı qrantlardır. Görünür işğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardığını” iddia edən bu qrant dəllalına yeni “layihə”dən daha çox məbləğ vəd olunub. Elə bir məbləğ ki, artıq həmin miqdar onu tamamilə manqurta - şüursuz köləyə çevirib.

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər