18 yanvar 2020 10:59
818

Yüzlərlə uçuş ləğv edilib

Yanvarın 17-də qar çovğunu səbəbindən ABŞ-ın Çikaqo hava limanlarında 830-dan çox uçuş reysləri ləğv edilib.

Trend-in məlumatına görə, Çikaqonun O'Hara və Miduey hava limanlarında təxminən 470 reys təxirə salınıb.

Sərnişinlərə hava yollarından uçuşların vəziyyətini yoxlamaq tövsiyə olunur.

Məlumata əsasən, gecə ərzində 12,5 santimetrə qədər qarın yağacağı gözlənilir.