17 oktyabr 2019 21:29
296

"Yuventus" Ronaldu ilə rekord qırdı

"Yuventus" forma satışı üzrə öz rekordunu qırıb.

Qol.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı ulduzu Kriştianu Ronaldunu transfer etdikdən sonra forma satışını artırıb. Klubun 2018/2019 mövsümü üçün  forma satışı 1 milyon 315-ə çatıb. Tarixində ilk dəfə 1 milyon səddini keçən A Seriya təmsilçisi Avropada bu göstəricində 10 klub arasına düşüb.

Qeyd edək ki,  2018/2019 mövsümündə ən çox forma "Mançester Yunayted" satıb - 4 milyon 950 min forma. "Liverpul" 2-ci (3 milyon 943 min),  "Bavariya" isə 3-cü (3 milyon 475 min) pillədə qərarlaşıb. "Real" 4-cü (2 milyon 920 min), "Barselona" 5-ci (2 milyon 755 min), "Çelsi" 6-cı (1 milyon 911 min), Dortmund "Borussiya"sı 7-ci (1 milyon 698 min), PSJ 8-ci (1 milyon 522 min), "Mançester Siti" 9-cudur (1 milyon 476 min).