09 oktyabr 2019 16:28
159

Yurçeviç: Qara oynayacaq vəziyyətdə deyil

"Uçuşumuz yaxşı keçdi. Gördüyüm qədəriylə, futbolçular özlərini yaxşı hiss edirlər".

Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Nikola Yurçeviç Bəhreynlə keçiriləcək yoxlama oyunu öncəsi AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Xorvatiyalı mütxəsssis komandada beş itkinin olduğunu bildirib: "Son iki rəsmi matçda oynayan 5 futbolçu müxtəlif səbəblərdən heyətdə yoxdur. Onlardan üçü cəzalı, Mahir  zədəli, Qara isə bu matçda oynayacaq vəziyyətdə deyil. Ümid edirik ki, növbəti görüşdə onun köməyindən istifadə edə biləcəyik”.

Qeyd edək ki, bu gün keçiriləcək Bəhreyn-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.