Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 sentyabr 2020 17:22
260

Yüksək bal toplayan gənclərlə görüş keçirilib

YAP Goranboy rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş olub. Görüşdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bildirib ki, bu il abituriyentlərdən 14 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticələri isə 677 balla Qaradağlı kənd tam orta məktəbinin məzunu Aytən Cəfərova və 670 balla Qaraçinar kənd tam orta məktəbinin məzunu Maqsud Qurbanov göstəriblər.

Elçin İsmayılov yüksək bal toplamış gənclərə gələcəkdə YAP sıralarına qoşulmalarını və partiyanın Gənclər Birliyi ilə fəal əməkdaşlıq etmələrini tövsiyə edib.

YAP Goranboy rayon təşkilatı Gənclər Birliyinin sədri Həsən Şirinov da çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib.

Sonda gənclərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.