27 fevral 2020 15:27
1461

Yer kürəsinin ikinci Ayı göründü - FOTO

Hər gün yeni kəşflər edən elm adamları yenidən maraqlı bir ixtira ilə insanları təəccüblandiriblər. Astronomlar apardıqları araşdırmalar nəticəsində göydə yeni bir Ay kəşf ediblər və bu “Yerin Ayı”dır.

“İki sahil” xəbər verir ki, səmada müvəqqəti Ay olaraq müşahidə etdikləri və “2020 CD3” adlandırdıqları bir obyekt olaraq qeyd edilib. Bildiyimiz mövcud Aydan daha kiçik olan bu göy cismi  müvəqqəti tutulan obyektlərdən biridir.

Fevralın 15-nə keçən gecə kometalar və asteroidlər üzərində araşdırma aparan Catalina Sky Survey qrupundakı astronomlar Yerin yeni və daha kiçik Ayını müşahidə ediblər.

Ancaq elm adamları tərəfindən yeni kəşf edilən Ay ehtimal ki, əlverişli tapıntı olmayacaq. Buna səbəb, sözügedən obyektin diametri 1,9-3,5 metr olmasıdır. Yəni, ölçüsü bir avtomobil boydadır. Bu səbəblə Yerin əsl peyki Ay ilə müqayisə etməyə ehtiyac olmayacaq.

Kraliça Belfast Universitetindən Qriqori Fedorets deyib ki, “2020 CD3” indi danışdığımız vaxt Ay Yer sistemindən uzaqlaşır.