13 iyul 2020 11:00
1892

Yenidən evlənirlər

Müğənni Sinan Akçıl və Burcu Kıratlı cütlüyü ikinci dəfə evlənəcək.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük bu dəfə xaricdə yox, elə Türkiyədə nikah masasına oturmağı planlaşdırır. Onlar toyun tarixini hələ dəqiqləşdirmədiklərini bildiriblər.

Qeyd edək ki, Sinan və Burcu ötən il evlənib, qısa zaman sonra boşanmışdı. Cütlük ayrı qala bilməyib, yenidən barışıb.