Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 sentyabr 2020 21:12
338

Yeni “Ring” ev kamerası təqdim edilib

“Ağıllı” ev qurğularında ixtisaslaşan “Ring” şirkəti (Amazona məxsusdur) otaq daxilində uçan kompakt şəkilli yeni ev kamerası təqdim edib.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, “Always Home Cam” adlı qurğunun 2021-ci ildə 250 dollara satışa çıxarılması nəzərdə tutulur. Şirkət nümayəndələri bildirib ki, kamera dron iki il ərzində hazırlanıb və qurğunun yaradılması prosesi çətin olub.

Məlumata görə, kameranın funksionalı ona avtonom rejimdə işləməyə imkan verir. İlkin quraşdırma zamanı “Always Home Cam” uçuş üçün evin virtual xəritəsini yaradır. İstifadəçi dronu evdə “Ring” təhlükəsizlik sistemi işə düşən zaman onun havaya qalxması üçün quraşdıra bilər. Bundan başqa, dronun bu və ya digər otağa baxması üçün ona smartfon vasitəsilə komanda verərək istənilən vaxt havaya qaldırmaq mümkündür. Bu halda kamera görüntünü smartfona translyasiya edəcək.