KÖŞƏ

Sevinc Azadi

Yeni islahatlar paketi “siyasi mühacirlər”i necə “iflic” etdi?

27 iyun 2019 10:35
404

Son bir ildə Azərbaycanın əksər sahələrdə mühüm irəliləyişlər əldə etməsi, dövlət başçısı tərəfindən taleyüklü problemlərin həllinə dair sərəncamlar verilməsi, sosial islahatlar paketinin həyata keçirilməsi, xalqla təmasın daha sıx şəkildə qurulması ölkəmizə qarşı erməni lobbisinin raportları ilə hərəkət edən bəzi xarici ölkələrdəki mikrosorğu təşkilatlarının və özünü siyasi mühacir hesab edən bir sıra “söyüş kampaniyası” fəallarının (Bu işdə daha çox fərqlənənlər Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli və digər ünsürlərdir) növbəti fiaskosuna səbəb oldu. Hər vəchlə daxili auditoriyanı, ictimai fikri çaşdırmaq üçün söylənilən fikirlərin əsassız olduğu və dövlət başçısının öz xalqı ilə daimi təmasda olması həqiqəti üzə çıxdı. Bir sözlə, Azərbaycan hakimiyyəti haqqında uydurduqları miflərin, yalanların müəllifləri ən ağır “nokaut” zərbələri ilə məğlub duruma düşdülər.

Xatırladaq ki, nadanlıq, qara yaxmaq və şər-böhtanla fəaliyyət göstərən bu “mühacirlər” tez-tez söyüşlər səsləndirməklə yanaşı özünün “Facebook” profillərində fotoşoplarla müəyyən fotolar düzəldərək yersiz, lağlağı, böhtan xarakterli paylaşımlar edir, ölkəmizin nüfuzuna, iqtisadi və sosial inkişafına kölgə salmağa çalışırlar. Özgə vaxtı xalqın onları dəstəklədiyini iddia edən həmin söyüşcül gənclər, anormal mühacir qrupu bu cür paylaşımlarda cəmi yüz-iki yüz nəfərin bəyənməsini qazanır. Həmçinin siyasi savad bir yana, heç danışıq qabiliyyəti belə olmayan bu orduxanlar, məhəmməd mirzəlilər belə fotoşoplar, ayrı-ayrı məmurların fotolarını anormal bir şəkildə paylaşmaqla sosiallıqda öz iç üzlərini bütün çılpaqlıqları ilə açıb ortaya qoyurlar.

Bu gün Azərbaycan bütün sahələr üzrə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu hələ dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2018-ci il 11 aprel prezident seçkilərindən sonra verilmişdi və 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə başlanıldı. Belə ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlə 1,5 milyard manat pul ayrıldı. Prezident bu dəfə minimum əməkhaqqı məbləğini 40 faizə yaxın artırdı, bu özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə VTC (Vahid Tarif Cədvəli) əsasında əməkhaqqı alan 600 minə yaxın insanın maaşlarının artırılması ilə nəticələnəcək.

Ən mühüm məsələlərdən biri də budur ki, Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca Avropaya sığınıb ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirən “siyasi mühacirlər” də milli maraqlarımızı düşmən erməniyə satmaqla bir daha mənəviyyatsızlıqlarını nümayiş etdirmiş olurlar. Məlum olduğu kimi belə ünsürlərin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub və ermənipərəst qüvvələrin dəstək və sifarişləri ilə səfərbər olaraq xalqımızın bütün ali dəyərlərini zədələməyə və baltalamağa yönəlib. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər. Eyni zamanda da unudurlar ki, öz havadarlarının icazəsi olmadan bir fikir bildirə bilməyən kəslər heç bir zaman ictimai rəyi çaşdıra bilməz və beynəlxaq ictimaiyyətdə artıq formalaşmış olan imicimizi heç cür ləkələyə bilməzlər.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...