24 aprel 2019 11:45
205

Yemək çəkimizə necə təsir edir?

İnsanın bədən saatı, metabolizması və həzm sistemi qarşılıqlı və qarışıq təsirə malikdir. Buna görə də sadəcə nə yediyimiz deyil, nə zaman yediyimiz də vacibdir.

Araşdırmalara görə, universitetə başlayan gənclər təxminən 7 kilo artıq çəki alır. Bunun bir səbəbi hazır yemək və fiziki fəaliyyətin olmamasıdır. Ekspertlər hesab edirlər ki, gecə saatlarında yemək, spirtli içki istehlakı və nizamsız yuxu saatları da təsirli olur.

İllərlə diabet və ürək xəstəlikləri kimi xəstəliklərdən əlavə, artıq çəkinin də yediyimiz yeməklərdən aldığımız kalori və kaloriləri nə dərəcədə azaltmağımızla əlaqəli olduğu izah olunur.

Ancaq məlumatlar sadəcə nə yediyimizin deyil, nə zaman yediyimizin də çox vacib səbəb olduğunu göstərir.

Vaxt nə üçün önəmlidir?

Artıq çəkidən qurtulmaq üçün edilən pəhrizlərə baxdığımız zaman, eyni miqdarda kalori istehlak olunsa da, bu kalorilərin çoxunu nahar vaxtı qəbul edənlərin, axşam yeməyi zamanı qəbul edənlərə nisbətən 2,5 dəfə daha çox artıq çəki atdığı aşkar olunub.

İnsanların çoxu bunu gecə yeyilən yeməklər üçün kalori yandırmaq imkanının olmaması ilə əlaqələndirir. Lakin unutduqları bir şey var ki, biz yuxuda olduğumuz zaman da orqanlarımız işlədiyi üçün enerji istehlak edirlər.

Səhər yeməyini yandırmaq üçün daha çox kalori sərf etdiyimiz haqqında məlumatlar var. Ancaq bunun bədənin ağırlığına nə qədər təsir edəcəyi barədə dəqiq bir məlumat yoxdur.

Digər bir ehtimal da gecə yemək vaxtının bir gündə ümumi yemək vaxtını uzatmasıdır. Beləliklə, həzm sisteminin bərpası və yağın yanma imkanları azalır. Yağ yandırma prosesi yalnız orqanlarımızın yemək prosesinin bitdiyini anladığı zaman başlayır.

Bədəninizin saat uyğunluğu

Kifayət qədər yuxu qəbul etməyən insanlar yuxudan oyanma rejimlərində qarışıqlıq olduğu üçün yemək vaxtlarını da qarışdırırlar.

Bundan əlavə, daha az yuxu insanların qərar vermə və özünüidarəetmə mexanizmi, sağlam olmayan qidaya yönəlmə riski artır. Bu, aclıq hormonu olaraq bilinən leptin və ghellin hormonlarının səviyyəsinə təsir edir və iştahı artırır. Buna görə də artıq çəki qazanmaq tendensiyası da artır.

Nə etmək lazımdır?

Yuxu və yemək vaxtlarını düzgün rejimdə saxlamaq ən yaxşı ilk addımdır. Beləliklə, bədən saatımız sağlam bir formada işləyəcək.

Yuxu vaxtının düzgün olması ilə yanaşı müntəzəm yuxu saatı, yəni neçə saat yatdığımız da əhəmiyyətlidir. Yetkin şəxs gündə 7-8 saat yatmalıdır.

Eyni zamanda yemək yemə vaxtlarını günün 12 saatlıq zaman diliminə sığışdırmaq bədənə nizam və istirahət imkanı yaradır.

Səhər yeməyini kral kimi, günorta yeməyini şahzadə, axşam yeməyini isə yoxsul kimi yemək deyimi əvvəllər heç bu qədər yerinə düşməmişdi.

Röya Rasimqızı, “İki sahil”