19 iyul 2019 19:54
270

“Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir

“Bu gün bütün sahələrdə davamlı olaraq gücünü artıran, inkişaf edən dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident İlham Əliyevin apardığı milli maraqlara söykənən siyasət Azərbaycanın daha da gücləndirilməsinə xidmət edir. Bu mənada ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq yüksək  səviyyədə qurur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentin rəhbərlik etdiyi partiyamızın 700 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, gənclərin inkişafı istiqamətində Yeni Azərbaycan Partiyasının uğurlu layihələrindən olan “Yay məktəbi” bu il də iyul ayında  Oğuz və Lerik rayonlarında təşkil olundu.Onun sözlərinə görə,  Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olan gənclər siyasətinin tərkib hissəsi kimi gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin, vətənpərvərlik hisslərinin artmasında olduqca mühüm rol oynayır.

““Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir. Bu məktəblərdə ölkəmizin müxtəlif  bölgələrindən yüzlərlə gənclər iştirak etdi. Gənclərimiz həm asudə vaxtlarını yaxşı keçirdilər, həm bir-biri ilə ünsiyyət qurdular. Nəzərdə tutulmuş proqrama uyğun olaraq gənclərin YAP-ın funksionerləri, Milli Məclisin deputatları ilə  görüşləri təşkil olunub, onlara partiyamızın qurucusu, Azərbaycanda gənclər siyasətinin banisi,  Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu barədə geniş məlumat verilib. Bu, gənclərimizə Heydər Əliyevin gənclər siyasəti, mübariz ruhlu gənc nəslin yetişdirilməsindən geniş gəaliyyəti barədə dərin biliklər əldə etməsində mühüm rol oyanayır. Layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar verilib,  eləcə də, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər təşkil olunub. Bir sözlə, “Yay məktəbi” uğurla başa çatıb və gənclərin ictimai fəallığının yüksəlməsində daha bir mühüm addım hesab oluna bilər. Eyni zamanda, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətin formalaşmasına təkan verilib.

Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”. Ölkə gəncləri də öz növbəsində müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər etməli, Vətənimizin  inkişafı naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar”-deyə, P.Kərimzadə vurğulayıb.