22 mart 2019 12:29
327

Yaponiya xoşbəxtlik səviyyəsinə görə dünyada 58-ci yeri tutub

Dünyanın həyat üçün ən xoşbəxt məkanları barədə son hesabatda bildirilir ki, Skandinaviya ölkələrinin əhalisi yüksək keyfiyyətli sosial təminat və təhsil səviyyəsinə görə özlərini daha xoşbəxt hiss edirlər.
Yaponiya həmin siyahıda 58-ci yeri tutub və əvvəlki illə müqayisədə 4 pillə geriləyib.
BMT-nin müvafiq bölməsi tərəfindən hər il nəşr edilən Ümumdünya Xoşbəxtlik Hesabatında stabil inkişaf səviyyəsinə malik 156 ölkədə və ərazi vahidində insanların özlərini nə dərəcədə xoşbəxt hiss etmələri əsas götürülür. Hər il hazırlanan hesabatda adambaşına düşən ümumi daxili məhsul, orta ömür həddi və sosial azadlıqlar nəzərə alınır.
Martın 20-də nəşr edilən hesabatda Finlandiya ikinci ildir ki, ardıcıl olaraq birinci yeri tutur. İkinci yerdə Danimarka, üçüncü yerdə isə Norveç gəlir. Yaponiya “Böyük yeddilik” ölkələri sırasında sonuncu yerdə qərarlaşıb.