25 mart 2020 14:06
1359

YAP Suraxanı rayon təşkilatı “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdirir - FOTO

Suraxanı YAP könüllüləri bu gün davamlılığa əsaslanan “Sağlamlığımız milli hərəyliyimizdədir” sosial aksiyasının beşinci günününü geridə buraxıb. Rayon ərazisində həyata keçirilən aksiya yerli sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

YAP Suraxanı könüllüləri tənha, ahıl, qayğıya ehtiyacı olan rayon sakinlərinə baş çəkərək, onlara yoluxucu xəstəlikdən qorunmaları üçün gigiyenik vasitələrlə təmin edərək, koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə də ətraflı məlumat veriblər. 

Aksiya çərçivəsində həyata keçirilən görüşlərdə rayon sakinləri cənab Prezidentimizə daim vətəndaşlara göstərdiyi diqqət və qayğılarına, Koronavirus pondemiyasına qarşı dövlətin qabaqlayıcı mübarizə tədbirləri həyata keçirdiyinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.