05 iyul 2019 13:03
149

YAP Nizami rayon təşkilatının gəncləri humanitar aksiyada iştirak ediblər

Yeni Azərbaycan Partiyası(YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvləri də YAP-ın təşəbbüsü ilə həyata keçirilən “Aztəminatlı ailələrə qayğı” aksiyasına qoşularaq rayon ərazisində yaşayan şəhid ailələrinə, əlillərə və tənhalara sovqat paylayıblar.

Aksiya çərçivəsində gənclər və partiya fəalları müvafiq kateqoriyadan olan ailələrlə görüşüb, onların vəziyyəti ilə maraqlanıblar.
Gənclər, eyni zamanda, tənha yaşayanların ev işlərində də köməklik ediblər, təmizlik işləri görüblər.

Eyni zamanda, vurğulanıb ki, öz fəaliyyətində daim sosial istiqaməti prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən şəhid ailələrinin, əlillərin və tənhaların daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir.

Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, qeyd ediblər ki,  həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.