18 noyabr 2019 09:53
202

YAP müstəqil Azərbaycanın inkişafına xidmət edir - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü münasibətilə Ağdaş rayonunda keçirilən sislsilə tədbirlər davam edir.  Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə partiya fəallarının bir qrupu müasir Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş gənc partiya üzvlərinin əl işlərindən ibarət sərgiyə və Heydər Əliyev muzeyinin eksponatlarına baxış keçirilib.

Heydər Əliyev Mərkəzinin iclas zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyası” video-çarx nümayiş olunub.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandığı gündən ölkəmizin sosial-siyasi inkişafında mühüm yer tutan, hər zaman milli maraqların qorunmasında müstəsna rol oynayan YAP  bu gün də müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Yarandığı dövrdən bu günə kimi partiyanın keçdiyi yola nəzər salan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının artıq ümumxalq partiyasına çevrildiyini və müasir Azərbaycan dövlətinin əldə etdiyi uğurların Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olduğunu vurğulayıb. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuz sahibi olması, eləcə də ölkənin hər bir bölgəsində həyata keçirilən davamlı infrastruktur layihələrinin uğurla icra edilməsinin Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd edən C.Osmanov Yeni Azərbaycan Partiyasının bundan sonra da iqtidar partiyası olaraq uzun illər xalqa xidmtə edəcəyini bildirib.

Tədbirdə Turanə Şıxalıyeva, Gülcənnət İsmayılova çıxş edərək bildiriblər ki, bu gün müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin siyasi kursu əsasında inamla zirvələrə addımlayır. Bu müdrik siyasəti uğurla həyata keçirən partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevdir. Cənab Prezidentin misilsiz xidmətlərinin nəticəsidir ki, artıq ölkəmiz dünyanın aparıcı dövlətləri srasına yüksəlib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup gəncə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanı təqdim edilib.

 Sonra tədbir bədii hissə - Habil Əliyev adına Ağdaş Musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

Orxan Vahidoğlu, “İki sahil”