21 noyabr 2019 21:15
144

YAP-a ümumxalq etimadı, məhəbbəti tükənməzdir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə YAP Qazax rayon təşkilatında  yubiley  tədbiri  keçirildi.

Tədbir iştirakçıları  Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.  YAP Qazax rayon təşkilatının sədri H.Pənahov  çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin siyasi həyatındakı rolundan danışdı.

Vurğulandı ki, 1992-ci ilin 21 noyabrında Naxçıvanda  550 nəfərin iştirakı ilə təsis olunan YAP yarandığı gündən  ümumxalq məhəbbəti qazanaraq milyonların partiyasına çevrildi.  Partiyanın qurucusu ulu öndər Heydər Əliyevin ölkədə  yaratdığı demokratik şəraitdən,  çoxpartiyalılıq sistemində üzvlərinin sayına, xalqın istək və arzularına uyğun ideyalarına görə fərqlənən  YAP-ın təkcə ölkədə deyil, regionda  mütəşəkkil siyasi qüvvə olduğu qeyd olundu.

YAP Qazax rayon təşkilatı sədrinin müavini Səfurə Vəliyeva,   partiyanın rayon təşkilatı  Qadınlar Şurasının sədri Yeganə Göyüşlü,  Gənclər Birliyinin sədri Kənan Hüseynli və  Şura üzvü Səfurə Rəhimova çıxış edərək təşkilatın keçdiyi  yoldan, qazandığı uğurlardan danışdılar.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və  rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi  irsinin öyrənilməsinə aid keçirilən “Heydər Əliyev ideyaları - inkişafa və tərəqqiyə aparan yol” mövzusuna aid inşa müsabiqədə qalib gələn  1-ci, 2-ci, 3-cü yerləri tutan şagirdlərə diplomlar və pul mükafatları təqdim olundu.

Zahid Rza, “İki sahil”