26 aprel 2019 10:37
215

Xolesterolun təbii dərmanı

Şəkər miqdarını sabitləşdirməsindən, xərçəng xəstəliyindən qorumağa qədər bir çox sahələrdə alçanın faydaları var. Xüsusilə, duz olmadan istehlak edildikdə artıq çəkidən qurtulmaqda təsirli olan alçanın faydaları saymaqla bitmir.

Mövsümündə bolluca istehlak olunan alçanın faydalarını bildiyiniz zaman onu daha çox sevəcəksiniz. Alça bir çox cəhətdən sağlamlığımız üçün faydalıdır.

Alça tərkibindəki C vitamini sayəsində xolesterola nəzarət etməyə kömək edir. Tək başına pis xassəli xolesterin miqdarının azaldılması kifayət etmir, lakin xolesterolun oksidləşdirilməsi,  damar tıxanması və bununla əlaqədar yaranan ürək xəstəliklərindən qoruması nəticəsində bizi qoruyan meyvələr arasında sayılır. Vitamin C astma, osteoartrit, kolon xərçəngi və revmatizmin qarşısını almaq üçün ən vacib vitaminlərdən biridir.

Alça qan azlığına müsbət təsir edir

Anemiya, dəmir çatışmazlığı kimi xəstəliklər, saç tökülməsi, yorğunluq, obezite, hamilə qala bilməmək kimi ciddi problemlərə yol açır. Alçanın faydalarından biri də tərkibində dəmir və kalsiumun olmasıdır. Sağlam qidalanma rejimi ilə gündə bir ovuc alça yeyərək anemiyanın qarşısını ala bilərsiniz.

Alça artıq çəkidən azad edir

Qan şəkəri aclıq və doymanın təyin olunmasında ən vacib amillərdən biridir. Əgər qan şəkəriniz balansda olarsa, ac və ya tox olduğunuzu hiss edə biləcəksiniz. Buna nail olmaq üçün ən zəmanətli yollardan biri qan şəkərini tarazlayan alça kimi qidaları istehlak etməkdir. Alçanın bu xüsusiyyəti artıq çəki itkisi üçün çox idealdır. Bir kasa alça ortalama 50 kalori təşkil edir.

Qəbizliyin çarəsidir

Gündə bir ovuc alça yeyərək qəbizlikdən qurtula bilərsiniz. Asan həzm oluna bilən lif ilə zəngindir. Mədə spazması probleminin də qarşısını alır.

İmmuniteti gücləndirir

Güclü bir immun sistemin mənası budur: hər kəs xəstələndiyi zaman, siz sağlam və zövqlə yaşamağa davam edəcəksiniz. Siz QİÇS, xərçəng kimi hürküdücü və ağrılı xəstəliklərdən qorunursunuz. Alça yüksək vitamin C nisbəti ilə toxunulmazlığı gücləndirir.

Ağciyər xərçəngindən qoruyur

Alça insanları astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və xroniki ağciyər problemlərindən qoruyur. Əgər siqaret çəkirsinizsə, verdiyi ziyanı azaltmaq üçün gündə bir neçə alça yeyə bilərsiniz. Alça yemək yaşlı insanlarda görmə problemlərinin müntəzəm olaraq qarşısını alır.

Röya Rasimqızı, “İki sahil”