Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
19 oktyabr 2020 00:02
284

XİN başçıları arasında telefon danışığı olub

Oktyabrın 18-də Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı olub.

XİN-in Mətbuat xidməti idarəsindən "İki sahil"ə verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki dəfə Gəncəyə edilən raket hücumları qeyd olunub. Gəncə şəhərinə edilən son raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla, 13 mülki şəxsin həlak olduğu, 48 nəfərin yaralandığını qarşı tərəfin diqqətinə çatdırılıb. Bu əməlləri müharibə cinayətləri kimi qiymətləndirən nazir Bayramov, buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulanıb.

Nazir Urmas Reynsalu öz tərəfindən münaqişənin siyasi yolla həll olunmasının vacibliyini ifadə edib. Humanitar atəşkəsə hörmət etməyin vacibliyini vurğulayan Estoniya Xarici İşlər naziri bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu və Estoniyanın BQXK-ya verdiyi humanitar yardım vasitəsilə töhfəsini qeyd edib.