21 sentyabr 2019 15:48
167

Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Prezident İlham Əliyev Xələf Xələfovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"İki sahil" AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Xələf Alı oğlu Xələfov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.