11 iyul 2019 11:29
81

Xarkovda marşal Jukovun heykəli bərpa edilib

Ukraynanın Xarkov şəhərində sovet marşalı Georgi Jukovun heykəli bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov şəhər meri Qennadi Kernes məlumat verib. Heykəl bu gün səhər saatlarında yenidən ucaldılıb.

Qeyd edək ki, Ukraynanın Xarkov şəhərində millətçilər etiraz aksiyası zamanı sovet marşalı Georgi Jukovun heykəlini aşırmışdılar. Aksiyaçılar yenidən prospektlərin birinə Jukovun adının verilməsinin əleyhinə olublar. Onlar hesab edirlər ki, bu, Ukraynada qəbul edilən dekommunizm haqqında qanunun tələblərinə ziddir. Etiraz aksiyası zamanı polislə toqquşma qeydə alınıb.