11 iyul 2019 19:09
267

“WhatsApp” istifadəçiləri DİQQƏTLİ OLSUN

İsrailin kibertəhlükəsizlik şirkəti olan “Check Point” in mütəxəssisləri deyirlər ki, 25 milyon Android smartfonu “Agent Smit” virusuna yoluxub. Onların verdiyi məlumata görə, virus “WhatsApp” və “Opera” kimi populyar proqramlara bənzəyir.

Fins.az xəbər verir ki, quraşdırma istifadəçinin foto redaktor və ya oyun yüklədiyi zaman baş verir. Yükləmə prosesi nəzərə çarpmır və istifadəçinin bundan xəbərsiz olur.

Yoluxandan sonra, smartfon istifadəçiyə qıcıq verici reklamlar nümayiş etdirməyə başlayır. “Check Point” qeyd edir ki, yoluxmuş smartfonların çox hissəsi Hindistandadır (15 milyon), ikinci və üçüncü sıranı ABŞ (300 min) və Böyük Britaniya (137 min) ölkələri tutur.

Virus 9apps.com mağazası vasitəsilə yayılmağa başlayıb. Qeyd edək ki, bu onlayn mağaza “Alibaba” şirkətinə məxsusdur. Oxşar viruslu tətbiqlər “Google Play Store”-də də var. Şirkətin verdiyi məlumata görə, “Google” bu tətbiqləri artıq silib.