12 iyul 2019 21:16
276

“Volskwagen” şirkəti Bolqarıstanda zavod inşa etməyəcək

Bolqarıstan hökumətinin ümidlərinə baxmayaraq, uzunsürən danışıqlardan sonra “Volkswagen” şirkəti yeni zavodunun Türkiyədə inşa edilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bir neçə milyardlıq sərmayə Türkiyənin İzmir şəhərinə yatırılacaq. Türkiyənin seçilməsi əsasən Qətərin təzyiqi nəticəsində mümkün olub. Qətər “Volkswagen” şirkətinin 17 faiz səhmlərinə malikdir.

Qeyd edək ki, Bolqarıstan son zamana kimi bu məsələdə prioritet idi. Buna baxmayaraq, Türkiyənin daha böyük dövlət dəstəyinin verilməsi və zavodun inşa edilməsi üçün pulsuz torpaq sahəsinin ayırması seçimin Türkiyə üzərinə düşməsinin səbəblərindən biri olub.