22 aprel 2019 13:24
196

Vladimir Zelenski qalibdir

Ukraynada bülletenlərin 95 faizindən çoxu sayılıb

Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkisində səslərin 95,73%-ni hesablayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, hesablamanın yekununa əsasən, namizəd Vladimir Zelensky 73,15% (12973916 səs) ilə liderlik edir.

Onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə səslərin 24,52%-ni (4350011 səs) toplayıb.

Eyni zamanda, MSK-nın sədr müavini Yevgeni Radçenko Ukraynanın "1+1" telekanalına nəticələrin aprelin 30-da açıqlanacağını bildirib.

Radçenko qeyd edib ki, elektron protokollar əsasında seçkilərin ilkin nəticələri iki-üç günə bəlli olacaq. Qanuna əsasən, MSK seçkinin rəsmi nəticələrini 2019-cu il mayın 1-dən gec olmayaraq açıqlamalıdır.