02 iyun 2020 15:35
401

Virusa qəsdən yoluxdurmanın üsulu tapılıb

Çinli alimlər siçanları koronavirusa yoluxdurmağın üsulunu tapıblar. “İki sahil” Trend-ə istinadən xəbər veriri ki, bunun üçün alimlər CRISPR/Cas9 texnologiyasından istifadə ediblər. Qeyd olunur ki, aparılan təcrübələr zamanı angiotenzin fermenti əldə olunub. Bu ferment vasitəsilə SARS-CoV-2 koronavirusu orqanizmə daxil olur. Mütəxəssislər nəfəs yolları və mədə vasitəsilə siçanları koronavirusa yoluxdura bilib. Bununla belə, digər hallarda siçanları qəsdən koronavirusa yoluxdurmaq mümkün olmayıb. Alimlər hesab edir ki, bu üsul COVID-19 infeksiyasına qarşı vaksinin tapılmasına kömək edəcək.