11 iyul 2019 20:05
85

Vasif Talıbov televiziya işçilərini təltif edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun11-də “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında televiziya işində səmərəli fəaliyyətlərinə görə: Əliyev Rauf Cəlil oğlu, Hüseynov Nail Ağəli oğlu, Qafarov Toğrul Hüseyn oğlu, Mahmudov Vüsal Yusif oğlu − “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər. 

Qeyd edək ki, bu il "Kanal 35" televiziyasının yaradılmasının 15 ili tamam olur. Təltif olunan şəxslər "Kanal 35" televiziyasının əməkdaşlarıdır.