15 iyul 2020 08:43
498

Vaqif Dərgahlı: Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib

Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır.

Trend-in məlumatına görə, bu sözləri Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Bildiririk ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin".