26 fevral 2020 17:06
1169

ÜST ekspertləri İrana gələcək

İranda koronavirusla bağlı mövcud vəziyyətə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri həftəsonu bu ölkəyə gələrək dəstək göstərəcəklər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus 19-26 fevral tarixlərində Çində olan Təşkilatın missiya üzvləri ilə görüşü zamanı bildirib.

Xatırladaq ki, İranda koronavirusa yoluxanlar 139 nəfərə, ölənlər 19 nəfərə çatıb.