13 fevral 2020 20:00
432

Uşaqların sevimlisi: “Kinder-Surpriz”

Hər birimizə çox yaxşı tanış olan “Kinder-Sürpriz”in yaranma tarixi Turin şəhərində Pietro Ferrero ailəsinə gedib çıxır.

İlk “sürprizlər”in içində bal və ləpə olub. Müharibədən sonrakı dövrdə onlar uğur qazanırlar və şəhər meri bu istehsalata maraq göstərir. Bu, sözügedən şirniyyatın və un məmulatları istehsalı ilə məşğul olan Ferrero ailəsinin nüfuzunun başlanğıcı olur.

1946-cı ildə Pietro, sonralar Ferrero qənnadı fabrikinə çevrilən laboratoriya yaradır. Məhşur “Kinder-Sürpriz” ideyası isə oğlu Mişelə məxsus olur.

Uşaq vaxtı süd sevməyən Mişel 20 il, yarısı süddən olan xoş dada və qoxuya malik bir məhsulu yaratmaq arzusu ilə yaşayıb. Amma bu gənc bunu sadəcə arzu etməyib, belə bir təam hazırlamasını qarşısına məqsəd qoyub.

1974-cü ildə isə hamımıza tanış olan “Kinder-Sürpriz” meydana gəlir. Onun görünüşü və dadı o zamandan bəri hələ də dəyişməyib.

O zaman “Sürprizlər”in ilk partiyası bir saat içində satıldı. Onu nəinki uşaqlar hətta onların valideynləri də gözləyirdilər. Mişel qətiyyətli biri olmaqla yanaşı, həm də çox kreativ və yaradıcı idi. Ona görə də kinder-şokoladı sürpriz oyuncaqlar seriyası ilə tamamlamaq qərarına gəlir. Onun ideyasını isə  dizayner Henry Rotu reallaşdırır.

İllər sonra  Ferrero yeni uşaq konfetləri seriyasını hazırlayır: isti ölkələr üçün - Kinder Joy, tərkibində südün miqdarı çox olan Kinder MaxiKing və Kinder Pingui şirniyyatları.

Fərqli istəkləri olan insanların tələblərinə cavab verə bilmək bacarığı, qeyri-adi yanaşma qabiliyyəti və qətiyyət - bütün bunlar “Kinder-sürpriz”in dünyanın ən sevimli təamlarından birinə çevrilməsinə səbəb oldu.

Röya Rasimqızı, “İki sahil”