Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 iyun 2020 17:13
491

Uşaqların müsahibələri üzrə qeydiyyata start verilib

İyunun 1-də tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların müsahibələri (onlayn və ənənəvi qaydada) üzrə qeydiyyata start verilib.

"İki sahil" xəbər verir ki, iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Qeyd edək ki, I sinfə qeydiyyat bu elektron sistemi vasitəsilə aparılır.