01 aprel 2020 11:07
1639

"Ulduz müharibələri"nin aktyoru koronavirusdan vəfat edib

"Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu oynamış britaniyalı aktyor Endrü Cek 76 yaşında koronavirusdan dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Evening Standard” nəşri məlumat yayıb.
Bildirilib ki, aktyor Çertsidə Müqəddəs Pyotr xəstəxanasında COVID-19-dan ölüb.
Mərhum aktyorun həyat yoldaşı isə hazırda Avstraliyada karantindədir və o, E.Ceklə vidalaşa bilməyib.