24 avqust 2019 12:46
197

Ukraynadakı soydaşımız dövlət ordeni ilə təltif edilib

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov “Şərəf” ordeni ilə təltif edilib.

Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko soydaşımızı paytaxtın beynəlxalq aləmdə tanıdılmasında, mədəni, sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə bu medala layiq görüb.

Q.Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, ona verilən qiymət, bütövlükdə Azərbaycan xalqına göstərilən diqqətin bariz nümunəsidir. “Azərbaycan ilə Ukrayna arasında mədəni əməkdaşlığın inkişafı üçün birgə layihələrimiz davam edəcək”, - deyə Q.Abbasov əlavə edib.