25 may 2019 12:59
355

UEFA prezidenti Bakıda Avropa Liqasının finalının keçirilməsi qərarını dəstəkləyib

UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını dəstəkləyib.

Trend-in məlumatına görə, UEFA prezidenti "Arsenal"ın yarımmüdafiəçisi Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən danışıb. O bildirib ki, Mxitaryanın dedikləri Fransada "Avro-2016" keçirilən zaman dedikləri ilə paralellik təşkil edir.

UEFA prezidenti qeyd edib: "Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik".

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.