10 iyun 2019 10:15
374

UEFA Millətlər Liqasının birinci qalibi Portuqaliya millisi olub

İyunun 9-da UEFA Millətlər Liqasının final görüşü keçirilib.

Final görüşündə Portuqaliya millisi Hollandiya yığması ilə qarşılaşıb.

Görüş portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 60-cı dəqiqədə Qoncalo Guedes olub.