16 may 2019 14:34
132

Üç futbolçu "Neftçi"dən getdi

"Neftçi" 3 futbolçu ilə yollarını ayırıb.

“İki sahil” “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə müqaviləni yeniləməyib.

Qeyd edək ki, sonuncu mövsümdə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb.